Berlində avtomobil insanların üzərinə çırpılıb, nəticədə 4 nəfər yaralanıb.
Bakıvaxtı.az bu barədə AFN-ə istinadla xəbər verir.
Hadisə nəticəsində zərərçəkənlər arasında 7-8 yaşlı şagirdlər də var.
İlkin məlumata görə, üç şagird yüngül, onların müəllimi isə ağır xəsarət alıb.
Polis sürücünü saxlayaraq, hadisənin qəza və ya qəsdən törədilib-törədilmədiyini araşdırmağa başlayıb.
Əli Hüseynov