• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Qızılın qiyməti 5 min dollara yüksələ bilər

İQTİSADİYYAT

05 Sentyabr 2025 | 08:59

Qızılın qiyməti 5 min dollara yüksələ bilər

ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi şübhə altına düşərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5 000 dollara qədər yüksələ bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu proqnozu Goldman Sachs bankı "Bloomberg" agentliyinə açıqlayıb.

Analitiklərin fikrincə, FED-in müstəqilliyinin pozulması inflyasiyaya, səhmlər və istiqrazların ucuzlaşmasına, eləcə də dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər. Belə şəraitdə isə qızıl institusional etibardan asılı olmadığı üçün daha cəlbedici qənaət vasitəsinə çevriləcək.

Xatırladaq ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp FED rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib.

Hazırda dünya birjalarında qızılın bir Trua unsiyasının qiyməti 3 500 dollardan artıqdır.


SON XƏBƏRLƏR