• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi - FOTO

İQTİSADİYYAT

05 Avqust 2025 | 17:31 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

Tərəflər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi vurğulanıb, Orta Dəhlizin perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.


ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026