• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Başqasının evində məskunlaşmış neçə məcburi köçkün Qarabağa köçüb?

İQTİSADİYYAT

06 Avqust 2025 | 11:53

Başqasının evində məskunlaşmış neçə məcburi köçkün Qarabağa köçüb?

Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 188 ailə (676 nəfər) köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir: “İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür”.

Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.


SON XƏBƏRLƏR

05 Avqust 2025