• Bakı 27° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Silva: Ən yoxsul ölkələr üçün borcun dəyəri artıb

İQTİSADİYYAT

07 Iyul 2025 | 11:34

Silva: Ən yoxsul ölkələr üçün borcun dəyəri artıb

"İqtisadi əhəmiyyətimizin adekvat şəkildə əks olunması üçün BVF-də BRICS-in səsvermə payı indiki 18% deyil, ən azı 25% olmalıdır". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda BRİKS sammitinin ikinci sessiyasının açılışında  Braziliya prezidenti Lula da Silva deyib.

O, həmçinin xatırladıb ki, beynəlxalq yardım azalıb. Braziliya prezidenti bu inkişafda yalnız bərabərsizliyi daha da gücləndirən neoliberal iqtisadi modeli günahlandırıb.

"ÜTT islahatları təcili tədbirlər tələb edən başqa bir sahədir. Onun işinin iflic olması və proteksionizmin artması inkişaf etməkdə olan ölkələrin zərərinə qeyri-davamlı asimmetriyaya gətirib çıxarır. Bütün iştirakçıların maraqlarını əks etdirən məsuliyyət və hüquqlar arasında ədalətli balans olmadan ÜTT-yə etimadı bərpa etmək mümkün deyil. Kənd təsərrüfatı üzrə danışıqların qarşısını almaq və qanuni ekoloji tədbirləri örtülü proteksionizmdən ayıran ticarət və iqlimlə bağlı yeni pakt bağlamaq lazımdır" - Braziliya prezidenti qey edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR