• Bakı 27° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

229 mindən çox şəxs məşğulluq tədbirləri ilə əhatə olunub

İQTİSADİYYAT

07 Iyul 2025 | 10:54

229 mindən çox şəxs məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin birinci yarımilində 229,5 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, onlardan 74 min şəxs münasib işlərlə təmin olunub, 9,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Cari ilin 6 ayında 6,1 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 139,6 min şəxsə peşəyönümü xidmətlər göstərilib.


SON XƏBƏRLƏR