İyulda Türkiyədə istehlak qiymətləri illik müqayisədə 33,5% artıb.
Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, bu, 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyədir.
Ərzaq və alkoqolsuz içkilər 28% (iyun ayında 30,2%), kommunal xidmətlər 62% (65,5%), geyim və ayaqqabılar 10,7% (14,5%) bahalaşıb. Mehmanxana, kafe və restoranlarda qiymətlər 34,2% (35,6%) artıb. Nəqliyyat xidmətlərinin dəyəri 26,6% (27,7%), tibbi xidmətlərin dəyəri 37,5% (38,7%) artıb.
Əsas inflyasiya iyul ayında illik 34,7% təşkil edib.
Gülşən Şərif