2025-ci ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarətin həcmi 88,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% azdır.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin yyadığı hesabatda yer alıb.
Hesabata görə, Çin Rusiyaya ixracını 6,6% azaldaraq 38,9 milyard dollara çatdırıb. Rusiyadan idxal da 9,5% azalaraq 49,9 milyard dollar olub. May ayında iki ölkə arasında ticarət dövriyyəsi aprel ayı ilə müqayisədə 0,6% az olmaqla 17,7 milyard dollar təşkil edib. Bunun 8,1 milyard dolları Çin ixracından, 9,6 milyard dolları isə Rusiyanın Çinə çatdırılmasından əldə olunub.
Cari azalmaya baxmayaraq, ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 26,3% artaraq rekord həddə - 240,1 milyard dollara çatıb. 2024-cü ilin əvvəlində bu rəqəm maksimumunu yeniləyərək 244,8 milyard dollara çatıb.
Rusiyanın Çinə ixracının əsas hissəsini neft, qaz və kömür təşkil edir. Bundan əlavə, Rusiya metal, taxta, dəniz məhsulları və kənd təsərrüfatı məhsulları tədarük edir. Çin də öz növbəsində Rusiyaya maşın, avtomobil, elektronika, avadanlıq, geyim, oyuncaq və digər istehlak malları ixrac edir.
Gülşən Şərif