Azərbaycanda hazırda beşdən çox uşağı olan qadın kimi sosial müavinət alan qadınların sayı 2 849 nəfər təşkil edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumat üçün bildirək ki, həmin şəxslər uşağın 18 yaşı tamam olan ayın sonunadək hər uşağa görə 140 manat müavinət alır.
Qeyd edək ki, bu müavinət Azərbaycan vətəndaşları, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə şamil olunur.