• Bakı 24° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib

İQTİSADİYYAT

08 Iyul 2025 | 16:52

Daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8 500 manat olan “Nissan Sunny” markalı avtomobil 10 800 manata, 8 200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10 700 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Mzggr linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 15, 22 və 29 iyulda keçiriləcək. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3Mzgiw linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


SON XƏBƏRLƏR