• Bakı 25° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb

İQTİSADİYYAT

09 Iyun 2025 | 13:05

Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 10 milyard 860,4 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ayı ilə müqayisədə 4,7 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə ilə müqayisədə 2,3 % artaraq 6 milyard 5,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 % artaraq 4 milyard 854,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 39,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,4 % artıb.


SON XƏBƏRLƏR

08 Iyun 2025