• Bakı 17° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

ABL: XVIII turun daha üç oyunu bu gün keçiriləcək

İDMAN

15 Mart 2025 | 09:43

ABL: XVIII turun daha üç oyunu bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasında XVIII turun daha üç oyunu bu gün keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk matç "Gəncə" və "Ordu" kollektivləri arasında baş tutacaq.

Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da başlayacaq.

Bu görüşdən 2 saat sonra "Sabah" "Abşeron"la üz-üz gələcək. Saat 19:00-da "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşacaq. Hər iki oyun "Sərhədçi" İdman Mərkəzində reallaşacaq.

A qrupuna 30 xalla "Sabah" başçılıq edir. 28 xalı olan "Naxçıvan" ikinci, "Abşeron" 24 xalla dördüncüdür. 23 xalı olan "Sərhədçi" isə beşinci sırada yer alıb.

B qrupunda "Gəncə" 30 xalla ikinci sırada qərarlaşıb. Qərb təmsilçisindən 2 xal geri qalan "Ordu" kollektivi üçüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

14 Mart 2025