• Bakı 22° C

    9.01 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycan millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirəcək

İDMAN

14 Aprel 2025 | 09:35

Azərbaycan millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirəcək

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş “Zimbru” stadionunda, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, milli aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

05 Iyun 2025