"Mançester Siti" "Barselona"nın futbolçusu Dani Olmonu hədəfləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola həm qol epizodları yaradan və onlardan yararlanan ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir. Lakin bir neçə amil var ki, keçidin reallaşdırmasına mane ola bilər. Əsas səbəb 27 yaşlı oyunçunun özünün Kataloniya klubunda qalmaq istəməsidir.
Qeyd edək ki, Dani Olmo bu mövsüm "Barselona"nın heyətində 36 oyuna çıxaraq 11 qol vurub və 6 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2030-cü ilin yayına qədərdir. /qol.az