• Bakı 18° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Ançelotti “Real”dan ayrılacağı tarixi açıqladı

İDMAN

14 May 2025 | 00:39

Ançelotti “Real”dan ayrılacağı tarixi açıqladı

Real”ın çalışdırıcısı Karlo Ançelotti Braziliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb. 

Bakıvaxtı.az  “Madrid Universal”a istinadən xəbər verir ki, o deyib: 

“26 may tarixindən etibarən Braziliya yığmasının baş məşqçisi olacağam. Bu, böyük bir çağırışdır, amma mən hələ də “Real”ın baş məşqçisiyəm. Bu möhtəşəm macəranın bu hissəsini yaxşı şəkildə başa vurmaq istəyirəm.

Niyə ayrılığım indi rəsmiləşdi? Çünki Braziliya Futbol Konfederasiyası bununla bağlı açıqlama yaydı və 26-sı tarixindən etibarən mən həmin milli komandanın baş məşqçisi olacağam. “Real” rəsmi açıqlamanı istədiyi vaxt verəcək. Burada heç bir problem yoxdur. Mən bilmirəm, nə vaxt paylaşacaqlar. Onlar bunu lazım bildikləri vaxt edəcəklər”.


SON XƏBƏRLƏR

13 May 2025