• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Azərbaycanlı məşqçi “Real Madrid”in akademiyasında olub

İDMAN

13 May 2025 | 14:49

Azərbaycanlı məşqçi “Real Madrid”in akademiyasında olub

“Araz-Naxçıvan”ın U-19 komandasında məşqçi kimi işləyən Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov İspaniyanın “Real Madrid” klubunun akademiyasında olub.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Real Madrid" akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşma tərzləri, düşüncələri, məşq zamanı verdikləri tez qərarlar və ən əsası, yaşlarının az olmasına baxmayaraq tamamilə peşəkar olmalarının şahidi oldum. Bizim akademiyalarda da “əjdaha” kimi uşaqlar var. Hamımız bir olub, hər birimiz öz işimizlə ciddi şəkildə məşğul olsaq, futbolumuz da qabağa gedər. Sadəcə olaraq, bunu doğrudan da istəmək lazımdır” –, deyə Əmircanov əlavə edib.

O, səfər zamanı Braziliya millisinin və “Real Madrid” komandasının əfsanələrindən sayılan Marselo ilə görüşüb.


SON XƏBƏRLƏR