• Bakı 25° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

FIFA klublararası dünya çempionatında komanda sayını artıra bilər

İDMAN

12 Iyun 2025 | 11:34

FIFA klublararası dünya çempionatında komanda sayını artıra bilər

FIFA bu yay keçiriləcək klublararası dünya çempionatı uğurlu alınsa, 2029-cu ildə təşkil olunacaq analoji turnirə 48 komandanın qatılmasını istəyir.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, ali futbol qurumu bununla bağlı məsləhətləşmələr aparacaq.

Növbəti yarışın formatı və strukturu ilə bağlı danışıqlar məhz builki turnirdən sonra aparılacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Mundialda dünyanın müxtəlif yerlərindən 32 komanda iştirak edəcək.


SON XƏBƏRLƏR