• Bakı 26° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

"Latsio" Pedro ilə müqaviləni uzadır

İDMAN

12 Iyun 2025 | 09:18

Latsio Pedro ilə müqaviləni uzadır

İtaliyanın "Latsio" klubu yarımmüdafiəçisi Pedro ilə müqavilə müddətini uzatmaqla bağlı razılığa gəlib.

Bakıvaxtı.az insayder Nikola Skiraya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu daha bir mövsüm Romada qalacaq.

İspaniyalı futbolçu yığmanın heyətində dünya və Avropa çempionu olub.

Qeyd edək ki, o, həmçinin "Barselona" ilə La Liqanın (5 dəfə), İspaniya Kubokunun (3 dəfə) və Superkubokunun (4 dəfə), UEFA Çempionlar Liqasının (3 dəfə), UEFA Superkubokunun (3) və klublararası dünya çempionatının (2 dəfə) qalibi olub. Pedro İngiltərənin "Çelsi" klubunun heyətində isə UEFA Avropa Liqasının (1 dəfə), Premyer Liqanın (1 dəfə) və İngiltərə Kubokunun (1 dəfə) qalibi adını qazanıb.


SON XƏBƏRLƏR

12 Iyun 2025