• Bakı 23° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

İqor Ponomaryov: "Məşqçilər korpusunun öz ideyalarını həyata keçirmələri üçün vaxt lazımdır"
 

İDMAN

11 Iyul 2025 | 17:24

İqor Ponomaryov: Məşqçilər korpusunun öz ideyalarını həyata keçirmələri üçün vaxt lazımdır 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında Sloveniya təmsilçisi “Sele”yə məğlub (2:3) olan “Sabah”ın məşqçilər korpusunun öz ideyalarını həyata keçirmələri üçün vaxt lazımdır.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı klubunun idman direktoru İqor Ponomaryov deyib.

Klub rəsmisi şansların itmədiyini söyləyib:

“Öncəliklə azarkeşlərə təşəkkür etmək istəyirəm. Dünən stadionda doğrudan da möhtəşəm atmosfer var idi. Fikrimcə, stadiona gələn azarkeşlər futboldan həzz ala bildilər. Yeganə mənfi məqam uduzmağımız idi. Nəzərə almalıyıq ki, baş məşqçimiz Valdas Dambrauskas hələ yenidir, o və məşqçilər korpusunun öz ideyalarını həyata keçirə bilmələri üçün müəyyən vaxt lazımdır. Çox güman, bu oyundan sonra məşqçilər korpusu rəqiblə bağlı bəzi məsələləri dəqiqləşdirdilər. Şansımız davam edir. Komanda Sloveniya səfərində sübut etməlidir ki, rəqibdən daha yaxşıdır və növbəti mərhələyə vəsiqə qazanmağa daha layiqdir”.

Qeyd edək ki, “Sabah”la “Sele” arasında cavab matçı iyulun 17-də Sloveniyada keçiriləcək.


SON XƏBƏRLƏR