• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Qarabağ” nə vaxt mükafatlandırılacaq?

İDMAN

13 May 2025 | 23:12 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” nə vaxt mükafatlandırılacaq?

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi “Qarabağ” mükafatlandırılacaq.

Bakıvaxtı.az  PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir 18 mayda “Azərsun Arena”da keçiriləcək.

35-ci tur çərçivəsində, saat 19:00-da start götürəcək “Kəpəz”lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Azərbaycan 1-ci Liqasında 2024/2025 mövsümünün qalibi olan “Qəbələ”yə isə qızıl medallar 26-cı turda təqdim olunacaq. Təltifetmə mərasimi 15 mayda Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026