• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

“Liverpul” niderlandlı futbolçu ilə şəxsi razılıq əldə edib

İDMAN

13 May 2025 | 14:30

“Liverpul” niderlandlı futbolçu ilə şəxsi razılıq əldə edib

İngiltərənin “Liverpul” komandası sabiq futbolçusu Trent Aleksander-Arnolda əvəzləyici tapıb.

Bakıvaxtı.az xəbər verir ki, “qırmızılar” Almaniya təmsilçisi “Bayer”də çıxış edən müdafiəçi Ceremi Frimponqla şəxsi razılıq əldə edib. Bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.

Onun sözlərinə görə, 24 yaşlı oyunçu Liverpul klubu ilə 2030-cu ilin yayınadək müqavilə imzalayacaq.

Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer”in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında yekunlaşacaq.


SON XƏBƏRLƏR