• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

13 May 2025 | 18:44 | Müəllif: Subhan Mahmudov

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA

Mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.

Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026