• Bakı 27° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək? - AÇIQLAMA

CƏMİYYƏT

13 May 2025 | 15:03

Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək? - AÇIQLAMA

Yaya doğru getdikcə temperaturun artması müşahidə olunur.

Havaların isti keçdiyi bu günlərdə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün əsas narahatlıq doğuran məsələlərdən biri avtobuslarda kondisionerlərin işləməməsidir.

Bəs, avtobuslarda havalandırma sistemləri nə zaman işə salınacaq?

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir.

"Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi nəzərdə tutulub",- deyə qurumdan qeyd olunub.

"Xaliq Faiqoğlu" MMC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kondisionerlərin işə salnması üçün müəyyən edilmiş temperatur həddi var.

Qeyd olunub ki, hazırkı hava şəraiti kondisionerlərin qoşulmasını tələb etmir.

"Hava şəraitinə uyğun olaraq kondisionerlərin mərkəzləşdirilmiş şəkildə qoşulması təmin ediləcək",- deyə şirkətdən məlumat verilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

27 Iyun 2025