• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Azərbaycanda İqlim Diplomatiyası İdarəsi təsis edilib

SİYASƏT

13 May 2025 | 16:37

Azərbaycanda İqlim Diplomatiyası İdarəsi təsis edilib

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" konfransında deyib.

Onun sözlərinə görə, həmin idarə artıq bundan sonrakı müddətdə iqlimə bağlı beynəlxalq platformalar çərçivəsində aparılan danışıqların davamlı iştirakçısı olaraq bu prosesdə Azərbaycanın töhfəsini təmin edəcək: “Təbii ki, bu proseslərə uyğun olaraq həm iqtisadiyyatımızda, həm də iqlim məsələlərinə yanaşmada yeni siyasi mövqelərimizi formalaşdırıla biləcək".

Nazir müavini vurğulayıb ki, Azərbaycan tərəfinin COP29 sədrliyi olaraq bundan sonrakı mövqeyi COP29-a qədər əldə edilmiş uğurların qorunub saxlanılmasına çalışmaqdır: “Prosesi daha da irəliyə aparmaq olar. Onu daha da səmərəli etmək üçün çalışmaq olar. Ancaq bizim üçün əsas hədəf indiyədək əldə olunmuş nəticələrin reallaşmasına, yəni iddialardan icraya yönələn bir addıma keçirilməsidir".


SON XƏBƏRLƏR