• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ramil Həsən yüksək vəzifəyə SEÇİLDİ

SİYASƏT

12 Iyun 2025 | 15:30

Ramil Həsən yüksək vəzifəyə SEÇİLDİ

Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib.

Bakıvaxtı.az xəbər verir ki, onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb.

Onun namizədliyi TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub.

Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026