Moskva 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın məsuliyyət daşıması barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nəticələrini qəbul etmir.
Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov aviaqəzaya görə Rusiyanı günahlandıran Beynəlxalq Mülki Aviasiya Təşkilatları Şurasının qərarını şərh edərkən bildirib.