• Bakı 26° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Aİ Gürcüstanla vizasız rejimi dayandırır? - Herçinski

DÜNYA

12 Iyun 2025 | 12:32

Aİ Gürcüstanla vizasız rejimi dayandırır? - Herçinski

Aİ-yə üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib.

“Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideyalardan biri vizasız rejimin dayandırılmasıdır”, - Herçinski deyib. O, Gürcüstanla Aİ arasında münasibətlərin son bir ildə yaxşı istiqamətdə getmədiyini qeyd edib.

"Gürcüstan illərdir ki, Aİ ilə imtiyazlı münasibətlərə malikdir. Biz gürcülərlə Avropaya vizasız gediş-gəliş və azad ticarət zonası imkanlarını paylaşmışıq. Üç il əvvəl Gürcüstan namizəd ölkə statusu almaq üçün müraciət etmişdi və biz ona rəsmi olaraq Aİ-yə namizəd ölkə statusu vermişik. Lakin təəssüf ki, təxminən bir ildir ki, Aİ ilə Gürcüstan arasında münasibətlər yaxşı getmir", - Herçinksi deyib.


SON XƏBƏRLƏR

12 Iyun 2025