Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində ölkənin regionları üzərində Ukraynaya məxsus 33 pilotsuz təyyarəni vurub.
Bakıvaxtı.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, dronların 16-sı Bryansk vilayəti, 5-i Qara dəniz, 4-ü Krım Respublikası, 3-ü Rostov vilayəti və 2-si Kursk vilayəti üzərində məhv edilib.
Bundan başqa qeyd olunub ki, daha bir PUA Voronej vilayəti, Krasnodar vilayəti əraziləri və Azov dənizinin suları üzərində vurulub.
Mina Mikayılova