Kaluqa hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, təyyarələrin qəbuluna və buraxılışına məhdudiyyətlər müvəqqəti xarakter daşıyır.
Məhdudiyyətlərin səbəbi və müddəti barədə əlavə məlumat verilməyib.
Qeyd olunub ki, hava limanında uçuşların normal rejimə qayıtması gözlənilir.
Əli Hüseynov