• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Tramp Vaşinqtondan evsizləri çıxarmağı planlaşdırır

DÜNYA

11 Avqust 2025 | 09:10 | Müəllif: Əli Hüseynov

Tramp Vaşinqtondan evsizləri çıxarmağı planlaşdırır

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan evsiz şəxslərin və bəzi məhbusların çıxarılacağını bəyan edib.

Bakıvaxtı.az bu barədə "Reuters"ə istinadla xəbər verir.

Belə ki, prezidentin sözlərinə görə, bu məqsədlə paytaxta yüzlərlə Milli Qvardiya əsgəri yerləşdirilə bilər.

Məlumata görə, planın hüquqi əsasları hələlik açıqlanmayıb. Vaşinqton meri Muriel Bouzer isə şəhərdə cinayət səviyyəsinin artdığını inkar edərək mövcud statistikalara istinad edib.

Həmçinin, Ağ Ev rəsmisi bildirib ki, həftə sonu paytaxta artıq 450 federal zabit göndərilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026