• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Britaniyaya miqrantlar ən çox bu ölkələrdən gəlir

DÜNYA

10 Sentyabr 2025 | 00:17 | Müəllif: Subhan Mahmudov

Britaniyaya miqrantlar ən çox bu ölkələrdən gəlir

Britaniyaya qeyri-qanuni marşrutlarla daxil olan miqrantların çoxu vətəndaşları qanuni viza alma ehtimalı ən aşağı olan ölkələrdəndir.

Bakıvaxtı.az xəbər verir ki, son bir ilin göstəricilərinə əsasən, cəmi beş ölkə - Əfqanıstan, Eritreya, İran, Sudan və Suriya qeyri-qanuni daxilolmaların yarıdan çoxunu təşkil edib. Belə ki, bu beş ölkənin vətəndaşları ümumi qeyri-qanuni miqrasiya axınının 55 faizinə bərabərdir.

Həmin ölkələrdən olan şəxslərin Böyük Britaniyaya qanuni yollarla, iş, təhsil, ailə birləşməsi və ya humanitar əsaslarla viza alması olduqca nadir haldır. Onların payı bu müddətdə verilən vizaların cəmi 3 faizini təşkil edib.

Digər tərəfdən, Böyük Britaniyaya qanuni marşrutlarla ən çox viza alan əcnəbilərin vətəndaşlığı fərqlidir. Ən yüksək göstəricilər Hindistan, Çin, Pakistan, Nigeriya və ABŞ vətəndaşlarına aiddir. Bu beş ölkənin payı ümumi vizaların 51 faizini təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026