• Bakı 17° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Abdullah Eren TİKA başqanı oldu -DOSYE

DÜNYA

12 Iyul 2025 | 08:30

Abdullah Eren TİKA başqanı oldu -DOSYE

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) kadr dəyişikliyi olub.

Bakıvaxtı.az-ın məlumatına görə,  Prezident Rəcəb Tayyip Ərdoğanının bununla bağlı imzaladığı təyinat fərmanı Rəsmi Qəzetdə dərc olunub.

Fərmana əsasən  Serkan Kayalar TİKA-nın prezidenti vəzifəsindən azad edilib.

Ərdoğanın digər fərmanı ilə  Abdullah Eren TİKA-nın yeni prezidenti təyin olunub.

Abdullah Eren kimdir?

1984-cü ildə İstanbulda anadan olan Abdullah Eren Boğaziçi Universitetinin Sosiologiya fakültəsini bitirib. Daha sonra İngiltərənin Vestminster Universitetində Diplomatik Tədqiqatlar üzrə magistr dərəcəsi alıb.

Hazırda siyasi elmlər üzrə doktorluq dərəcəsini davam etdirən Eren karyerasına özəl sektorda rəhbər vəzifələrdə başlayıb.

O, ictimai karyerasına Baş nazirin Aparat rəhbərinin müavini və baş nazirin müşaviri kimi başlayıb, daha sonra prezidentin baş müşaviri olub.

Abdullah Eren 2018-ci ildən yeni təyinatadək YTB-nin prezidenti vəzifəsində çalışıb

Murad Məmmədli 


SON XƏBƏRLƏR

18 Oktyabr 2025