Azərbaycanın Ukraynaya hərbi yardımı ilə bağlı qərar artıq verilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Yuri Kotenok rəsmi Bakının Kiyevə silah tədarükünə qoyulan embarqonu aradan qaldırmaqla xəbərdarlığı ilə bağlı açıqlamasında deyib.
"Nəzərə alsaq ki, bir sıra mənbələrə görə, Bakı artıq 122 və 155 mm-lik artilleriya mərmilərinin Ukraynaya göndərilməsi üçün istehsalına başlayır, istənilən halda qərar qəbul edilib", - Kotenok qeyd edib.
Eyni zamanda, hərbi ekspert bunun necə - birbaşa və ya vasitəçilər vasitəsilə həyata keçiriləcəyini bilmədiyini deyib.