• Bakı 22° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

İsrailin Dohaya hücumunda 6 nəfər ÖLÜB

DÜNYA

09 Sentyabr 2025 | 21:41

İsrailin Dohaya hücumunda 6 nəfər ÖLÜB

HƏMAS-ın yüksək rəhbərliyindəki nümayəndələr İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbələrdən xəsarət almayıb. 

Bakıvaxtı.az  xəbər verir ki, bunu "Al Araby" telekanalına Fələstin hərəkatının siyasi büro üzvü Abdel Rəhman Şadid deyib.

Onun sözlərinə görə, hərəkatın qərargahında inzibati vəzifələri yerinə yetirən ümumilikdə 5 nəfər ölüb.

Qeyd edək ki, bundan əvvəl "Axios" portalı kəşfiyyat dairələrindəki mənbələrinə istinadən məlumat yayıb ki, İsrail ordusunun hücumunda HƏMAS hərəkatının bütün liderləri Dohadakı binada olublar.

Qətərin Daxili İşlər Nazirliyi hadisələri diqqətlə izlədiyini və bütün lazımi tədbirləri gördüyünü təsdiqləyib. Vurğulanıb ki, hava zərbəsi nəticəsində Qətərin təhlükəsizlik qüvvələrindən biri həlak olub.

ABŞ mediası Ağ Evdəki mənbəyə istinadən yazıb ki, İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksəksəviyyəli liderlərinə hava zərbələri endirməzdən əvvəl ABŞ-ı məlumatlandırıb.

"Associated Press" isə yazıb ki, ABŞ ordusu İsrailin Dohaya endirdiyi zərbələrdə iştirak etməyib. Hadisə ilə bağlı ABŞ tərəfi rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ABŞ-nin Dohadakı səfirliyi də obyektləri üçün özünüizolyasiya rejiminə keçib. ABŞ vətəndaşlarına da eyni rejimə keçmək və səfirliyin sosial mediasını izləmək tövsiyə olunub.


SON XƏBƏRLƏR

09 Sentyabr 2025