Yekaterinburqda məktəblilər arasında İslamı təbliğ etdiyi iddia olunan azərbaycanlı müəlliməyə qarşı sosial şəbəkələrdə yayılan ittihamların həqiqət olmadığı aydınlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, 157 nömrəli məktəbin direktoru Svetlana Reznikova “Puşkin əvəzinə Qurani-Kərim” yazıları ətrafında yayılan xəbərlərin etnik ədavəti qızışdırmaq məqsədi daşıdığını və saxta olduğunu bildirib. Onun sözlərinə görə, daxili araşdırma zamanı müəyyən edilib ki, müəllimənin saxta səhifəsi naməlum şəxslər tərəfindən yaradılıb, hicablı fotolar və tələbələrlə yazışmalar isə saxtadır.
Məktəb rəhbərliyi Yekaterinburq Təhsil Departamenti və Prokurorluğu ilə əlaqə saxlayır. Yoxlama heç bir qanun pozuntusu aşkar etməyib. Müəllimə ötən ildən məktəbdə işləyir, valideynlər və həmkarları arasında nüfuz və etibar qazanıb.