Rusiya müharibənin 1324-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 89 275 PUA-sı, 631 zenit-raket kompleksi, 25 429 tank və digər zirehli texnikası, 1 598 reaktiv yaylım atəş sistemi, 30 317 artilleriya və minaatanı, 43 534 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.