• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

"Azərbaycanla Ermənistan arasında istənilən sülhü alqışlayırıq" - Əraqçi

DÜNYA

10 Avqust 2025 | 22:26 | Müəllif: Subhan Mahmudov

"Azərbaycanla Ermənistan arasında istənilən sülhü alqışlayırıq" - Əraqçi

"Çərşənbə axşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana gəlməsi planlaşdırılır və biz məsləhətləşmələri davam etdiririk". 

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Bizim Zəngəzur və bu məsələ ilə bağlı mövqeyimiz tamamilə aydındır. Biz Ermənistanla Azərbaycan arasında istənilən sülhü alqışlayırıq və bundan əvvəl də əməkdaşlığa və Ermənistanla Azərbaycan arasında sülh prosesini asanlaşdırmağa hazır olduğumuzu bəyan etmişik.

Qafqaz regionuna gəlincə, bizim mövqelərimiz tamamilə aydındır: biz regionun bütün ölkələrindən öz əraziləri üzərində tam suverenliyi qoruyub saxlamağı, regionun bütün ölkələrinin ərazi bütövlüyünə hörmət etməyi və beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etməməyi tələb edirik”, - deyə Əraqçi qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026