• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaratdı

DÜNYA

11 Avqust 2025 | 00:26 | Müəllif: Subhan Mahmudov

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaratdı

Gürcüstanda güclü leysan yağışları ölkənin qərb bölgəsində ciddi problemlər yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, ən böyük ziyan Xelvaçauri bələdiyyəsi ərazisində qeydə alınıb. Xelvaçauri şəhər meriyasının məlumatına görə, həm mərkəzi, həm də rayondaxili yolları su basıb, bir neçə yerdə sürüşmə əmələ gəlib.

Xelvaçauri bələdiyyə ərazisində yaşayış binalarının yaxınlığında baş verən sürüşmə ilə əlaqədar 15 ailə müvəqqəti olaraq təxliyə edilib. Ağır texnikadan istifadə etməklə yolun təmizlənməsi işləri fəal şəkildə aparılır.

Şəhər meriyasının xidmətləri və bütün aidiyyəti qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.

Güclü yağışlar nəticəsində əsas tikililərdə yaranan problemlər səbəbindən Maxincauri və Şarabidze icmalarına daxil olan Axalsopeliyə içməli su verilmir.

Erge kəndində abonentlərə elektrik enerjisi verilmir./Azərat


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026