• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Balıkəsirdə zəlzələ olacağını bir ay öncə açıqlamışdı

DÜNYA

11 Avqust 2025 | 00:42 | Müəllif: Subhan Mahmudov

Balıkəsirdə zəlzələ olacağını bir ay öncə açıqlamışdı

Türkiyəli professor Şener Üşümezsoyun bir ay öncə verdiyi proqnoz bu gün özünü doğruldub.

Bakıvaxtı.az "Cnnturk"ə istinadən xəbər verir ki, Şener Üşümezsoy bir ay öncə Türkiyənin Balıkesir bölgəsində zəlzələ olacağını bildirmişdi.

Üşümezsoy qeyd edib ki, Balıkesirdə zəlzələlər nadir hallarda 6,5 maqnitudasını keçir.

"Sındırqıdan Alaşehirə uzanan daha aktiv bir fay xətti var. 25 kilometrlik bir qırılma xətti var. O xətt aktivdir. Sındırqıdan Alaşehirə qədər uzanan bir qırılma xətti var, o daha aktivdir" - deyə professor qeyd edib.

İyulun 16-da verdiyi açıqlamada Üşümezsoy böyük bir İstanbul zəlzələsini gözləmək əvəzinə diqqətin Balıkesir bölgəsinə yönəlməsi lazım olduğunu vurğulamışdı. 1953-cü il Yenice-Gönen zəlzələsindən sonra bu fay xətti boyunca gərginlik yığılıb qamışdı. Üşümezsoy bölgədə böyük zəlzələ ehtimalının yüksək olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026