• Bakı 28° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

ABŞ-də vəbadan ölüm qeydə alınıb

DÜNYA

12 Iyul 2025 | 09:02

ABŞ-də vəbadan ölüm qeydə alınıb

ABŞ-nin Arizona ştatında həkimlər pnevmonik vəbadan xəstə ölümünü qeydə alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kokonino dairəsinin Səhiyyə Departamenti feysbukda məlumat yayıb.

Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rayonda bu xəstəlikdən ilk ölüm hadisəsidir. Ölənin kimliyi barədə məlumat verilmir.

Pnevmonik vəba bu xəstəliyin ən ağır və ən az yayılmış formasıdır, tənəffüs sisteminin zədələnməsi ilə müşayiət olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026