• Bakı 23° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Türkiyəli məşhur 72 kilo ARIQLADI

DÜNYA

13 May 2025 | 12:38

Türkiyəli məşhur 72 kilo ARIQLADI

Türkiyəli məşhur aktrisa Esin Gündoğdunun son halı görənləri şoka salıb.

Bakuvaxti.az xəbər verir ki, Esin Gündoğdu keçirdiyi mədəkiçiltmə əməliyyatından sonra tam 72 kilo arıqlayaraq izləyicilərini təəccübləndirib.

Məşhur aktrisa 138 kilodan 66 kiloya düşərək tamamilə fərqli bir görünüş qazanıb.

Sağlam həyat tərzini həyatının mərkəzinə aldığını bildirən aktrisanın paylaşdığı son foto minlərlə bəyənmə və şərh toplayıb. İzləyiciləri onun yeni halına "əzmin zəfəri", "inanılmaz dəyişiklik", "halaldır, Esin xanım!" kimi rəylərlə dəstək olublar.

Esin Gündoğdu isə bu dəyişikliklə özünü daha yaxşı hiss etdiyini və sağlamlığını qorumağa davam edəcəyini vurğulayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR