"Rusiya Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə hazırdır".
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
Onun sözlərinə görə, ruslar əslində sülh yolu ilə nizamlanma istəyir:
"Hər iki tərəf bunun onlar üçün nə demək olduğunu anlamağa çalışır. Bizim vəzifəmiz onları bir yerə toplamaq və sülh yolu ilə nizamlanmaya alternativlərin heç kimin maraqlarına xidmət etmədiyini göstərməkdir".
Gülşən Şərif