• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Bakıda külli miqdarda aksiz markasız siqaret aşkar edilib

HADİSƏ

13 May 2025 | 13:12

Bakıda külli miqdarda aksiz markasız siqaret aşkar edilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində iki fakt üzrə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən və anbar kimi istifadə edilən yaşayış sahəsindən 51 200 ədəd, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evindən isə 45 000 ədəd olmaqla, ümumilikdə iki fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 96 200 ədəd siqaret aşkar edilərək realizə olunmasının qarşısı alınıb.

Faktlarla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR