• Bakı 24° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Bakıda silah-sursat aşkarlandı

HADİSƏ

12 Iyun 2025 | 11:15

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Yasamal rayon sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

    Binəqədi və Qaradağ rayonları ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 1 patron darağı və 15 ədəd patron tapılaraq götürülüb.

    Araşdırmalar aparılır.


    SON XƏBƏRLƏR

    12 Iyun 2025