• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Qazaxıstanda Qərbi Azərbaycana dinc qayıdış mövzusunda forum keçirilib -FOTOLAR

CƏMİYYƏT

13 May 2025 | 14:11

Qazaxıstanda Qərbi Azərbaycana dinc qayıdış mövzusunda forum keçirilib -FOTOLAR

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qərbi Azərbaycana qayıdış çağırışları” adlı layihənin icrasına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mayın 10-da layihə çərçivəsində Qazaxıstanın Almatı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir keçirilib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, zəngin irsindən söhbət açılıb. Daha sonra “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlunun moderatorluğu ilə “Türk dünyasında yeni çağırışlar” adlı panel müzakirəsi keçirilib.

Müzakirələrdə Türk Dövlətləri Təşkilatının fəaliyyəti və türk respublikaları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Toplantı çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi də təşkil olunub. Sərgidə ümummilli lider Heydər Əliyevin Mərkəzi Asiya və türk respublikaları ilə bağlı fəaliyyətini əks etdirən görüntülər nümayiş olunub.

“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” konfransında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və demoqrafik mənzərəsi ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti qeyd edilib, Qərbi Azərbaycana dönüşün reallaşacağına güclü inam ifadə edilib.

Sonda Qərbi Azərbaycandakı mədəni-tarixi irsə dair fotolar nümayiş olunub.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.


SON XƏBƏRLƏR