• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

KİV: Tramp bu halda İstanbula gələ bilər

DÜNYA

13 May 2025 | 18:00

KİV: Tramp bu halda İstanbula gələ bilər

ABŞ Prezidenti Donald Tramp mayın 16-da Türkiyədə Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlara şəxsən qoşulmaq imkanını nəzərdən keçirir. Lakin onun iştirakı Rusiya Prezidenti Vladimir Putinin görüşə gəlib-gəlməyəcəyindən asılıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

O bildirib ki, vəziyyət hazırda son dərəcə dinamikdir.

Daha əvvəl Trampın özü sülh nizamlanmasının irəliləməsi üçün faydalı olacağı təqdirdə İstanbula uçacağını ehtimal etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026