Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində olan 242 nəfərin hamısının həlak olduğu bildirilir.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarə həkimlər üçün nəzərdə tutulan yataqxananın üzərinə düşüb.
“News18” telekanalı binadan 30 nəfərin cəsədinin aşkar edildiyini açıqlayıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə yerindən görüntüləri təqdim edirik: