• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Süni intellekt bu işləri əlimizdən alacaq: iş sektorunun təbiəti dəyişir

CƏMİYYƏT

13 May 2025 | 15:49

Süni intellekt bu işləri əlimizdən alacaq: iş sektorunun təbiəti dəyişir

Son illərdə süni intellekt (SI) və onun iş dünyasına təsiri ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Əksəriyyət bu texnologiyanın inkişafının iş yerlərinin azalmasına səbəb olacağını, bəziləri isə bunun yeni imkanlar yaradacağını düşünür. Süni intellektin iş dünyasında necə bir rol oynayacağı və hansı sahələrdə dəyişikliklərə səbəb olacağı barədə müxtəlif proqnozlar mövcuddur. İT mütəxəssisləri də süni intellektin iş dünyasında ciddi dəyişikliklərə yol açacağı qənaətindədirlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İT mütəxəssisi Raul Həsənov süni intellektin gələcəyini belə şərh edir:

“Süni intellekt bizim işimizi alacaqmı? Yox, amma işin təbiətini dəyişdirəcək. Bu texnologiya xüsusilə təkrarlanan, vaxt alan və nizamsız işləri daha effektiv və sürətli şəkildə yerinə yetirəcək. İnsanları monoton işlərdən azad edəcək, amma eyni zamanda yeni bacarıqlar tələb edəcək. Süni intellektin ən böyük üstünlüyü, mürəkkəb məlumatların sürətlə təhlil edilməsi və qərarların verilmesində göstərdiyi yüksək səmərəlilikdir. Məsələn, idarəetmə və analiz işləri kimi təkrarlanan, əlinin işlərlə məşğul olan sahələr, artıq süni intellekt tərəfindən daha sürətlə və daha az səhvlə yerinə yetirilir. Bu, həm vaxt itkisinin qarşısını alır, həm də insanların əksər zamanını tələb etməyən və əksər hallarda monoton olan bu cür işlərdən azad edir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, artıq insanlar üçün yeni bacarıqlar tələb edən bir dövr başlayır. Gələcəkdə işçilər yalnız sadə və təkrarlanan vəzifələri yerinə yetirməkdən daha çox strateji qərarlar qəbul etməyə, yaradıcı düşüncəyə və analitik qabiliyyətlərə sahib olmağa yönələcəklər. Süni intellektlə əməkdaşlıq edərək, insanlar daha çətin, yaradıcı və strateji problemləri həll etməkdə özlərini inkişaf etdirəcəklər. Yəni, insanlar daha çox kompleks məsələlərə, yeni ideyalara və innovativ yanaşmalara fokuslanacaq:

"Əlavə olaraq, süni intellektin tətbiqi ilə insanların iş təcrübələri də dəyişəcək. İnsanlar artıq monoton və təkrarlanan işlər yerinə, qərar vermə, problem həll etmə və strategiya qurma kimi daha mühüm və yaradıcı məsələlərlə məşğul olacaqlar. Bu, həm fərdi inkişaf üçün imkanlar yaradacaq, həm də iş dünyasında yeni peşələrin yaranmasına şərait yaradacaq. Süni intellektin tətbiqi, işçilərin peşəkar bacarıqlarını təkmilləşdirməyə və işə yanaşmalarını yeniləməyə kömək edəcək".

Raul Həsənov: İnsanların yaradıcı və strateji qabiliyyətləri həmişə önəmli olacaq

Raul Həsənov əlavə edib ki, gələcəyin əmək bazarında insanlar və maşınlar arasında daha sıx əməkdaşlıq olacaq:

"Bəzi işlər tamamilə avtomatlaşdırılsa da, insanların yaradıcı və strateji qabiliyyətləri həmişə önəmli olacaq. Süni intellektin əsas gücü məlumatları təhlil etmək və verilənlərə əsaslanaraq qərarlar verməkdir. Lakin insanların empatiya, yaradıcı düşüncə və çətin qərar qəbuletmə bacarığı hələ də bu texnologiyanın əvəzləyə bilmədiyi sahələrdə önəmlidir. İnsan və maşın əməkdaşlığı bu sahələrdə effektiv olacaq. Bu əməkdaşlıq növü, işlərin daha sürətli və səmərəli görülməsinə imkan verəcək. Məsələn, bir işçi süni intellekt ilə birgə işləyərək gündəlik işlərini daha effektiv şəkildə icra edəcək, lakin əsas və kreativ qərarları hələ də özü verəcək".

Müsahibimiz diqqətə çatdırıb ki, süni intellekt xüsusilə startaplar üçün böyük bir fürsət təqdim edir:

"Bu texnologiya kiçik şirkətlərin böyük bazarlarda rəqabət aparmalarına kömək edə bilər. Startaplar üçün süni intellekt, marketinq, müştəri xidmətləri, təhlil və digər sahələrdə optimallaşdırma təmin edərək şirkətin məhsuldarlığını artırır. Məhəmməd Quliyev qeyd edir: “Startaplar üçün süni intellekt yeni imkanlar yaradır, çünki onlar limitli resurslarla böyümək istəyirlər. Süni intellekt onlara daha az vaxt və daha az əmək sərf edərək daha çox iş görməyə imkan tanıyır. Bununla yanaşı, startaplar süni intellekti öz sahələrində innovasiyalar yaratmaq və yeni məhsul və xidmətlər təqdim etmək üçün də istifadə edirlər".

Əli Hüseynov


SON XƏBƏRLƏR