• Bakı C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Sabah leysan gözlənilir -  XƏBƏRDARLIQ

CƏMİYYƏT

15 Noyabr 2025 | 12:29

Sabah leysan gözlənilir -  XƏBƏRDARLIQ

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.


SON XƏBƏRLƏR