Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 25 475 ədəd noutbuk, 2 884 ədəd stolüstü kompüter istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15 dəfə və 35 % çoxdur.
Təkcə noyabrda isə 12 ədəd noutbuk və 37 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 85 % və 97 % azdır.
2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.
Bakı 



